Mədəniyyət Nazirliyində İşçi qrup yaradıldı
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yerli və xarici ekspertlərdən ibarət İşçi qrup yaradılıb.
Sabah.az xəbər verir ki, İşçi qrupun yaradılmasında məqsəd mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, mədəniyyətdə şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, mədəniyyət sahəsində iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması, müasir menecment üsullarının uğurlu tətbiqi ilə mədəniyyət sahəsində effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması ilə bağlı təkliflər paketi hazırlamaqdır.
Daha çox