“Maqomayev” serialının ilk treyleri - Video

MƏDƏNİYYƏT
14:05
21 Fevral 2020
78

Rusiyanın “Channel 1” telekanalında SSRİ Xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskayaya həsr olunan çoxseriyalı filmin fraqmenti yayımlanıb.

Sabah.az xəbər verir ki, “Maqomayev” adlı ekran işində Müslüm Maqomayev obrazını serbiyalı aktyor Bikoviç Miloş, xanımı Tamara Sinyavskayanı isə aktrisa İrina Antonenko canlandırıb.

Serialda sənətkarın həyatı, o cümlədən opera müğənnisi Tamara Sinyavskaya ilə tanışlığı və məhəbbət hekayəsi təsvir olunub. Rejisorları Dmitriy Turin və Roman Prıqunov olan filmin çəkilişləri Bakıda, Moskvada və Zelenoqrad şəhərlərində aparılıb.

Serialın premyerasının dəqiq vaxtı açıqlanmayıb.

Xəbər lenti