Pop Smouk güllələndi
Amerika Birləşmiş Ştatlarından olan (ABŞ) tanınmış repçi Pop Smouk qətlə yetirlib.
Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, əsl adı Başar Baraka Cekson olan ifaçı Los-Ancelesdə kirayə qaldığı evdə öldürülüb.
Polisdən verilən məlumata görə, maskalı şəxslər mənzilə daxil olaraq 20 yaşlı reperi güllələyiblər. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən törədildiyi bilinmir. Cinayətkarların axtarışları davam edir.
Daha çox