Rövşən Binnətli və Fikrət Adıgözəlli koronavirusa yoluxdu

MƏDƏNİYYƏT
14:53
6 İyul 2020
919

AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İdman televiziyasının əməkdaşları Rövşən Binnətli və Fikrət Adıgözəllinin koronavirus testinin nəticəsi pozitiv çıxıb: “Onlar hazırda xəstəxanada müalicə alırlar”.

Qeyd edək ki, AzTV-nin iki əməkdaşı koronavirusdan vəfat edib, 5 əməkdaş isə xəstəxanada müalicə alır.

Xəbər lenti