Zülfiyyə Xanbabayevaya itki üz verib
Xalq artisti Zülfiyyə Xanbabayevaya itki üz verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçinin qayınatası Şamı Məmmədov dünyasını dəyişib.
Uzun illərdir ağır xəstəlikdən əziyyət çəkən Ş. Məmmədov 84 yaşında vəfat edib. Mərhumun üç mərasimi bu gün Təzə Pir Məscidində keçiriləcək.
Qeyd edək ki, Zülfiyyə Xanbabayeva “Simurq” futbol klubunun keçmiş prezidenti Zaur Məmmədovla evlidir.
Daha çox