Eminlə Valeriyanın biznesi iflas etdi
Pandemiya Xalq artisti Emin Ağalarovun Valeriya və İosif Priqojina ilə açdığı biznes iflasa uğrayıb.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar bir neçə il əvvəl sağlam qida satışı ilə məşğul olan "Good food style" adlı məkan bağlanmaq üzrədir.
Bazara "No secret by Valeriya" adı ilə buraxılan biznes 2018-ci ildə fəaliyyətə başlamışdı. əvvəl satışlar yaxşı olsa da, sonradan biznes çökməyə başlayıb. Bu günə kimi isə 4,2 milyon rubl ziyan edilib.
2020-ci ilin mayında isə şirkət rəhbərləri işləyənlərə 12 min 130 rubl əmək haqqı ödəmək üçün müvafiq orqanlara müraciət edib.
Qeyd edək ki, Emin açıqlamasında vitse-prezidenti olduğu "Crocus Group"un gəlirlərinin sıfra düşdüyünü deyib. O bildirib ki, digər sahibi olduğu "Crocus Expo" isə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib.
Daha çox