Hacı Zeynalabdin Tağıyevin evi təmir edilib - Video

MƏDƏNİYYƏT
01:57
19 İyun 2020
376

Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evində təmir-bərpa işi başa çatıb.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, tanınmış polyak memar, "Qafqazın Rastrellisi” adlandırılan Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub.

Bağ evində restavrasiya baş çatsa da, hazırda dekorasiyaların yerinə qoyulması kimi son tamamlama işləri aparılır.

Qeyd edək ki, bina 1000 kv. metrə yaxın ərazini əhatə edir, hündürlüyü isə 10 metrə yaxındır. İkimərtəbəli mənzildə 14 otaq var. Evin ziyarətə nə vaxt açılacağı isə hələ bilinmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: