Rusiyanın Əməkdar artistini qatar vuraraq öldürdü

MƏDƏNİYYƏT
23:58
18 İyun 2020
248

Rusiyanın Əməkdar artisti Qalina Daşevskaya faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onu  Moskvanın “Javoronki” dəmir yolu stansiyası ərazisində qatar vuraraq öldürüb.

Qəza ilə bağlı məlumat verən Moskva Regionlararası Nəqliyyat İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yelena Markovskaya bildirib ki, hadisə bu gün, saat 12.06-da baş verib.

İlkin məlumata görə, 79 yaşlı aktrisa dəmir yolunun keçidində “qadağanedici siqnal”a məhəl qoymayaraq yoluna davam edərkən qatar onu vurub. Aktrisa hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Q.Daşevskaya "Çölün ağ günəşi" filmindək oynadığı obrazla daha çox tanınır.

Xəbər lenti