Mayis Ağabəyov vəfat etdi

MƏDƏNİYYƏT
23:30
17 İyun 2020
145

Xalq rəssamı Mayis Ağabəyov vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsmi Feysbuk səhifəsindən məlumat verilib.

Bildirilib ki, M.Ağabəyov bu gün 79 yaşında həyata gözlərini yumub.

Qeyd olunub ki, Mayis Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında guruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Əsərləri respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilib. Azərbaycanın xalq rəssamıdır. Mais Ağabəyov 2012-ci il aprelin 26-da Təsviri sənət nominasiyasında "Humay" milli mükafatına layiq görülüb.

Xəbər lenti