Şəhriyar Del Gərani koronavirusdan sağaldı
Bir müddət əvvəl koronavirusa yoluxan yazıçı-şair Şəhriyar Del Gərani evə buraxılıb.
Sabah.az xəbər verir ki, bu barədə şairin özü Feysbuk hesabından məlumat paylaşıb. O bundan sonra evdə olacağını bildirib:
"Dünənki təkrar müayinədən sonra "Yeni Klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm".
Şair hazırda özünü sağlam və yaxşı hiss etidyini bildirib: "COVID-19-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın".
Daha çox