Hollivudda film və serialların çəkilişi bərpa edilib

MƏDƏNİYYƏT
01:20
17 İyun 2020
104

Koronavirus pandemiyasına görə dayandırılan Hollivud film və seriallarının çəkilişləri İyunun 12-dən bərpa edilib.

Sabah.az xəbər verir ki, bu qərar Kaliforniya hökuməti tərəfindən təsdiq edilib.

Lakin çəkilişə başlamazdan əvvəl prodüserlər yerli səhiyyə orqanlarına müraciət etməli, təhlükəsizliyin təmin olunması üçün isə aktyorlar və işçi qrupları koronavirus testindən keçməli olacaqlar.

Qeyd edək ki, daha əvvəl “Netflix” yayım şirkəti və Fransa hökuməti film və serialların çəkilişini bərpa etmişdi.