“Eurovision 2021”in keçiriləcəyi vaxt açıqlandı

MƏDƏNİYYƏT
19:28
15 İyun 2020
166

Gələn il Niderlandın Rotterdam şəhərində təşkil olunması planlaşdırılan “Eurovision 2021” beynəlxalq mahnı müsabiqəsinin keçirilmə tarixləri açıqlanıb.

Sabah.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, “Eurovision 2021”in yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də keçiriləcək.

Yarışmanın şərtlərinə görə, bu ilin mahnıları 2021-də təqdim oluna bilməz.

Qeyd edək ki, “Eurovision 2020” dünyada hələ də yayılmağa davam edən koronavirus pandemiyasına görə təxirə salınmışdı. Bu il müsabiqədə ölkəmizi müğənni Samirə Əfəndi “Cleopatra” mahnısı ilə təmsil etməli idi.