Teymur Mustafayev koronavirusdan vəfat edib - Rəsmi

MƏDƏNİYYƏT
18:52
11 İyun 2020
316

Bu gün dünyasını dəyişən Xalq artisti Teymur Mustafayevin koronavirusdan vəfat etdiyi məlum olub.

Sabah.az xəbər verir ki, TƏBİB-dən verilən məlumatına görə, iyunun 4-ü "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub.

Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq  Süni ventilyasiya aparatına qoşulub. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.