Keçmiş ortağı Emin Ağalarovun 17 milyonunu qaytarmır

ŞOU
13:06
9 İyun 2020
236

Xalq artisti Emin Ağalarov keçmiş biznes ortağı Stanislav Vitinskini məhkəməyə verib.

Sabah.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb müğənninin ortağına 17.575 000 rubl (təxmini 437 min manat) borc verməsi olub. Borcun qaytarılma vaxtından uzun müddət keçsə də, qarşı tərəf pulu qaytarmayıb.

Ağalarov bildirib ki, pulu verməyinə səbəb birlikdə layihə etmələri olub. Proyekt hazırda davam etsə də, Emin işdən ayrılıb.

Müğənni mayın sonunda məhkəməyə müraciət edərək eks ortağından şikayət edib.

"Məhkəmə Emin Ağalarovun xeyrinə qərar verəcək. Çünki biznesmenin həm 17.575.000 rubl, həm də 60 min rubl qaytarmalıdır" deyə, mənbə bildirib.

Hakim şikayəti qəbul edib və yaxın günlərdə ilk məhkəmə keçiriləcək.

Xəbər lenti