Amerikalı müğənni koronavirusdan ölüb

ŞOU
01:56
6 İyun 2020
89

Amerikanın məşhur “Dream Street” pop qrupunun keçmiş üzvü Kris Truzdeyl koronavirusdan ölüb.

Sabah.az xəbər verir ki, bu barədə 34 yaşlı müğənninin qohumları məlumat veriblər.

Həkimlər bir neçə gün xəstəxanada müalicə alan Krisin həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, mərhum müğənninin “Dream Street” qrupundakı fəaliyyəti 1999-cu ildə başlayıb.

Xəbər lenti