Əlbəyaxa dava düşdü, Faiq Ağayev müdaxilə etdi - Video

ŞOU
21:20
17 Fevral 2020
127

Xalq artisti Faiq Ağayev Murad Arifin “Youtube”da yayımlanan “Popumuz var” layihəsində qonaq olub.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı maraqlı hadisə yaşanıb.

F.Ağayev söhbət edərkən “Tarqovı” ərazisində davanın şahidi olub. Müğənni dərhal avtomobildən enərək tərəfləri ayırmağa çalışıb. Sənətçi ilə bərabər köməkçiləri də davaya müdaxilə edib. Əlbəyaxa olan şəxslər sakitləşdirilib.

“Belə şeylərə dözmürəm. İki uşaqdır, niyə bir siqaretə, xətalı sözə görə gedib içəridə yatsın? İstəmirəm belə şeylər olsun” deyə, sənətçi bildirib.

Xəbər lenti