Asəf Zeynallının məzarını təmizlədilər - Foto

MƏDƏNİYYƏT
14:30
2 İyun 2020
351

Dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkar Asəf Zeynallının baxımsız qalan məzarını ziyarət ediblər.

Sabah.az xəbər verir ki, onlar məzar ətrafında təmizlik işləri aparıblar.

Bunla bağlı M.Mehmandarov sosial şəbəkədə paylaşım edib. O, təmizlikdən sonra lentə alınan şəkilləri izləyiciləri ilə bölüşüb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə APA-ya açıqlamasında bildirib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyatı dövlət qurumları məşğuldur:

“Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

 

Xəbər lenti