Məşhur repçi küçənin ortasında güllələndi - Foto

ŞOU
00:52
30 May 2020
120

Kanadanın Toronto şəhərində Houdini ləqəbi ilə tanınan məşhur repçi Cimarcio Ceniks vəhşicəsinə öldürülüb.

Sabah.az xəbər verir ki, repçi 15 yaşlı dostu ilə gəzərkən otelin yaxınlığında yerləşən avtomobildən onlara atəş açılıb. Xəstəxanaya çatdırılan Houdini güllə yaralarından vəfat edib. Həkimlər hazırda onun dostunun həyatını xilas etməyə çalışırlar.

Verilən məlumata görə, hücum nəticəsində 27 yaşlı naməlum bir qız da xəsarət alıb.

Cinayətkarların axtarışı davam etsə də, repçinin vəkili məsələni diqqətlə araşdırılmasını tələb edib.

Qeyd edək ki, Houdini silahlı hücum nəticəsində öldürülən 30-cu repçidir. O, Kanadada ulduz hesab edilirdi.

Xəbər lenti