“Yoluxma” filminin məşhur aktrisasında koronavirus aşkarlandı
Fransalı məşhur aktrisa Marion Kotiyyar koronavirusa yoluxub.
Sabah.az “Paris Match”a istinadən xəbər verir ki, bu barədə 44 yaşlı sənətçinin sevgilisi Qiyom Kane məlumat verib.
Q.Kane bildirib ki, onların hər ikisində koronavirus aşkarlanıb. O, narahatlığa əsas olmadığını və xəstəliyi yüngül formada keçirdiklərini deyib.
Qeyd edək ki, “Yoluxma” filmində həkim Leona Orantes obrazını canlandıran Marion Kotiyyar bir çox ekran əsərlərində rol alıb.
Daha çox