Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır - Video
Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun hazırladığı heykəl tuncdan tökülüb və yaxın müddətdə İçərişəhər metrostansiyasının qarşısında qoyulacaq. Uzunuluğu 2,5 metr olan heykəlin çəkisi 1 ton 200 kiloqramdır. Abidənin hər bir detalı xüsusi məna kəsb edir.
Heykəlin üzərindəki hər bir detalın öz mənası var. Heykəldəki orden və medallar da o zaman xeyriyyəçiyə verilən medallarların eynisidir. Barmağındakı üzüyün də özünəmxsus mənası var.
2,5 metr hündürlükdə olan bu heykəl ''İçərişəhər'' metro stansiyasının qarşısında qoyulacaq. Əsərin müəllifi Xanlar Əhmədov bildirir ki, ərazidə tikinti işlərinə başlanılarsa, 1 ay sonra heykəli tam formada təhvil vermək mümkün olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox