Əməkdar artist koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

MƏDƏNİYYƏT
18:25
27 May 2020
114

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Unikal.org-a sənətçinin özü məlumat verib. O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.

Xəbər lenti