Dünyaca məşhur müğənni vəfat etdi

MƏDƏNİYYƏT
21:37
22 May 2020
140

Afrika musiqisinin dünya səviyyəsində tanınmasında böyük rol oynayan sənətçilərindən olan Mori Kante vəfat edib.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məşhur ifaçının oğlu məlumat verib.

Bildirlib ki, M.Kante 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd olunub ki, qvineyalı vokalist və kora ifaçısı 1987-ci ildə səsləndirdiyi “Yéké Yéké” mahnısı ilə dünyaca məşhur olmuşdu. Eyhi zamanda M.Kante bu günə qədər musiqi albomu ən çox satılan afrikalı müğənnidir.

Xəbər lenti