Putin Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif etdi
15:41
21 May 2020
176Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, AYB-dən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Ç.Abdullayev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri və əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə təltif edilir.
Daha çox