“The Beatles” qrupunun mahnısı hərracda 12.5 min dollara satıldı

MƏDƏNİYYƏT
23:21
20 May 2020
74

Böyük Britaniyanın "The Beatles" rok qrupunun mahnısı hərracda 12.5 min dollara satılıb.

Sabah.az TASS-a istinadən xəbər verir ki, sözügedən qrupunun keçmiş üzvləri Pol Makkartni və Ringo Starrın kasetə yazılan və heç yerdə səsləndirilməyən “Angel in Disguise” mahnısı hərrac a çıxarılıb. Nəticədə mahnı 10.2 min funt sterlinqə (12.5 min dollar) öz alıcısını tapıb.

Kompozisiyanın müəllifi Pol Makkartni olub. O həmin mahnını Ringo Starrın “Time takes time” (1992) adlı solo albomu üçün qrupun keçmiş zərbçisi ilə birgə yazıb. Ancaq Ringo Starr mahnını məqbul saymadığı üçün alboma daxil etməyib.