MTRŞ-dan “Space”ə cəza
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Sabah.az xəbər verir ki, MTRŞ-dan verilən məlumata görə, iclasda 11-17 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Daha çox