Məşhur aktyor sevgilisi ilə ölü tapıldı

ŞOU
13:31
19 May 2020
158

30 yaşındakı aktyor Qreqori Tiri Boys sevgilisi ilə birlikdə evində ölü tapılıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin sevgilisi Natali Adepojun 27 yaşı olub. Cinayət cütlüyün Los-Ancelesdəki evində baş verib. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Cinayət mayın 13-də olub. Aktyorun anası oğlunun son günlər restoran aşmağa hazırlaşdığını və başının bu işə qarışdığını bildirib.

Qeyd edək ki, Boys tamaşaçılara "Alatoranlıq" filmindən tanışdır.

Xəbər lenti