Rasim Balayev ağır əməliyyat keçirib

MƏDƏNİYYƏT
15:50
14 Fevral 2020
104

"Çox ağır əməliyyat keçirdim”.

Sabah.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Tanınmış aktyor bildirib ki, əməliyyatı Türkiyədə aparılıb:

"Boynumda böyük problem vardı. Ağrılar çox idi. Təcili Türkiyəyə getdim. Müayinə etdilər, dedilər, əməliyyata ehtiyac var. Əməliyyat olundum, artıq bir həftədir Bakıdayam. Bir az ağrılarım var. Gəzə bilmirəm. Ancaq ev şəraitində oluram”.

R. Balayev qeyd edib ki, həkimlər ona 4 aydan sonra müayinə olunmaq üçün Türkiyəyə qayıtmasını məsləhət görüb.

Xəbər lenti