Əbülfəs Qarayev və müavinləri qəbul keçirdi
Noyabrın 15-də Mədəniyyət naziri Əbülfəs Qarayev Kürdəmir rayonunda vətəndaşlarla görüşüb.
Sabah.az-ın məlumatına görə, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) Ağdam rayonundan, nazir müavini Rafiq Bayramov Ağcabədi Rayon Bayraq Muzeyində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul ediblər.
Nazir Əbülfəs Qarayevin Kürdəmir Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Aşıq Yaradıcılığı Mərkəzinin yaradılması, rayonun Sığırlı kəndindəki Qaratəpə yaşayış yeri və qəbiristanlıq ərazisində arxeoloji qazıntı aparılması, elmi araşdırma işlərinin həyata keçirilməsi, kəndlərdə mədəniyyət mərkəzləri və kitabxana-informasiya mərkəzlərinin yaradılması, Heydər Əliyev Mərkəzində təmir işlərinin görülməsi, işlə təmin olunma barədə müraciətlər olub.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.
Daha çox