Emin Ağalarov həyat yoldaşından ayrıldı
Azərbaycanın Xalq artisti Emin Ağalarov 2-ci həyat yoldaşı, model Alyona Qavrilovadan ayrılıb.
Sabah.az xəbər verir ki, bu barədə tanınmış müğənni İntsaqram səhifəsində toy fotosunu paylaşaraq məlumat verib:
"Bu həqiqətən də bizim ən xoşbəxt günümüz idi. Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə böyük hörmət və minnətdarlıq hissi duyuram”.
Alyona isə sosial şəbəkədə “Özümə gəlmək üçün mənə vaxt verin. Mənə çox ağrılı və çətindir” deyə qeyd edib.
Daha çox