“Eurovision” şərhçimizin adı açıqlandı

ŞOU
16:42
11 May 2020
92

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision: Europe Shine A Light" mahnı şousunda şərhçisinin adını açıqlayıb.

Sabah.az xəbər verir ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq.

Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

Xəbər lenti

10:39 2 İyun 2020
09:18 2 İyun 2020
23:55 1 İyun 2020
15:32 1 İyun 2020
13:33 1 İyun 2020