Amerikalı məşhur musiqiçi vəfat etdi

MƏDƏNİYYƏT
20:58
9 May 2020
82

Rok-n-Roll musiqisinin məşhur simalarından olan Riçard Ueyn Peniman (Litl Riçard) vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə ABŞ-lı sənətçinin oğlu Dan Peniman məlumat verib.

O bildirib ki, 87 yaşlı atası xərçənk xəstəliyi səbəbindən dünyasını dəyişib.

Qeyd olunub ki, 1970-ci illərə qədər önəmli əsərlərə imza atan sənətçi “Rolling Stone” nəşrinin 2005-də hazırladığı bütün zamanların ölümsüz 100 musiqiçisi siyahısında 8-ci yerdə qərarlaşmışdı.

Xəbər lenti