Həsən bəy Zərdabiyə məxsus tarixi əşyalar tapıldı - Foto

MƏDƏNİYYƏT
18:06
5 May 2020
77

Bir müddət əvvəl H.Zərdabiyə məxsus 2 ədəd qədimi mis kasanın rayonun Qoruqbağı kəndində bir nəfərdə olduğu müəyyən edilib.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aydın olub ki, bu kasaları böyük mütəfəkkir həmin kənddə ailə quran cavanlara bağışlayıb. İllər keçdikdən sonra həmin xanım bu kasaları ədibin ev muzeyinə bağışlamaqqərarına gəlib. Etibar etdiyi yaxın qohumu isə bu işə soyuq münasibət göstərib.

Zərdab Rayon Polis Şöbəsinə məlumat daxil olduqda əməkdaşlar Tumarxan Ağayev və Murad Muradlı kasaları saxlayan şəxsi müəyyən edərək, onunla görüşüb bu eksponatların tarixi dəyərini izah ediblər, tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsi üçün kasaların muzeyə verilməsinin vacib olduğunu deyiblər. Həmin şəxs kasaları muzeyə təhvil verib.

Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı həmin kasaların tarixi də öyrənilib. Müəyyən olunub ki, kasaları uzun illər qoruyub saxlayan Zərdab rayon sakini Sərəncam Hüseynova kasaların tarixindən danışarkən bildirib ki, onun babası həmin dövrdə Kür çayında bərəçiliklə məşğul olub. Bir gün onun bərəsinə dövrünün ən məşhur ziyalılarından olan Həsən bəy Zərdabi minib. Şirvan ərazisinə gedən yolda söhbət əsnasında Həsən bəy onun ailə vəziyyətini öyrənib. Biləndə ki, onun qızının yaxın zamanda toyu olacaq, Həsən bəy öz adətinə sadiq qalaraq bağlamasından iki ədəd kasa çıxardıb “bu da məndən qızına hədiyyə” deyərək kasaları ona vermişdir. Sərəncam nənə xatırlayıb ki, evdə kasalara xüsusi diqqətlə yanaşılıb və “bəy kasası” kimi əzizlənib, qiymətli əşya kimi qorunub saxlanılıraq indiki dövrümüzə qədər qorunub saxlanıb.

Xəbər lenti