Tanınmış aktyora Milli Məclisdə vəzifə verildi

MƏDƏNİYYƏT
18:44
4 May 2020
149

Milli Məclisdə (MM) kadr islahatları davam edir.

Sabah.az “BakuPost”a istinadən xəbər verir ki, MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub. Bu vəzifəyə İlqar Nəbiyev layiq görülüb.

Qeyd edək ki, İlqar Nəbiyev gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. “İqra” Yaradıcılıq Birliyinin rəhbəridir.