Hind aktyoru Rişi Kapur vəfat etdi
Bollivud aktyoru Rişi Kapur bu gün vəfat edib.
Sabah.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 67 yaşlı aktyor Hindistanın Mumbay şəhərindəki klinikalardan birində vəfat edib.
Rişi Kapur “Mənim adım Kloundur”, “Bobbi”, “Qisas alan”, “Amar, Əkbər, Antoni", “Kor məhəbbət” kimi bir çox filmdə rol alıb.
Qeyd edək ki, dünən Hindistanın digər bir film ulduzu İrfan Xan da xərçəngdən dünyasını dəyişib.
Daha çox