Vaqif Aydınoğlu ATV-dən çıxdı

ŞOU
15:45
25 Aprel 2020
615

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu işdən çıxıb.

Sabah.az xəbər verir ki, bu barədə Vaqif Aydınoğlu Feysbuk hesabında paylaşım edərək telekanaldan öz ərizəsi ilə ayrıldığını bildirib:

"18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub.

Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah, yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm".

Qeyd edək ki, BakuPost saytı V.Aydınoğlunun “Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağını yazıb.

Xəbər lenti