Azərbaycan filmi beynəlxalq festivalda 4 yeni mükafat aldı
Şamil Əliyevin “Çölçü” filmi MONT. BLANC İNTERNATİONAL MOVİE FEST 2020 (Fransa, Paris) beynəlxalq festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb.
Sabah.az Azərtac-a istinadən xəbər verir ki, müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.
“Çölçü” 4 kateqoriya üzrə - “Ən yaxşı bədii film” (rejissor Şamil Əliyev), “Rejissor nailiyyətinə görə mükafat” (Şamil Əliyev), “Ən yaxşı operator” (Rafiq Quliyev) və “Ən yaxşı montaj” (Fərid Axundov, Rafiq Quliyev) qalib elan olunub.
Rejissorun sözlərinə görə, 2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi filmin qaldırdığı sualın aktuallığı ilə bağlıdır.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 69 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Daha çox