Cənubi Azərbaycan şairləri haqqında məlumatların olduğu əlyazma aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiaysının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanılan əlyazmasının elektron surətini əldə edib.
Sabah.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, əlyazma əsərin vaxtilə çap edilmiş nüsxəsindən xeyli genişdir. Bu əsərdə XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairləri barədə maraqlı məlumatlar var.
Daha çox