“Kurtlar Vadisi”nin aktyoru dünyasını dəyişdi - Foto

ŞOU
22:58
21 Aprel 2020
542

“Kurtlar Vadisi Pusu” serialında Ustad Ronald obrazı ilə daha da məşhurlaşan türkiyəli aktyor Umut Demirdelen vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə teatr aktyoru Nedim Saban məlumat verib.

Bildirilib ki, xroniki ağciyər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən U.Demirdelen orada dünyasını dəyişib.

Qeyd edək ki, 67 yaşlı aktyor “Yaprak dökümü”, “En son babalar duyar”, “Payitaht Abdülhamit”, “Söz” kimi seriallarda da rol alıb.

Xəbər lenti