Koronavirusa yoluxan aktyorun ayağını kəsdilər

MƏDƏNİYYƏT
18:58
20 Aprel 2020
79

Kanadalı aktyor Nik Kordero koronavirus infeksiyasına yoluxub.

Sabah.az xəbər verir ki, sənətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Los-Ancelesdə klinikalardan birinə aparılan aktyorun iki həftədir pandemiyadan əziyyət çəkdiyi ortaya çıxıb.

Nikin ayağında qan dövranında problem yaranıb. Həkimlər müalicənin effeksiz olduğunu bildiriblər. Əməliyyat edilən aktyorun ayağı amputasiya edilib. Bu haqda Nikin xanımı Amanda Kuts açıqlama verib.

O bildirib ki, prosses uğurlu keçib. Sənətçinin dostları ona maddi dəstək olmaq üçün kampaniya keçirib, pul yığıblar. Bununla ailə xəstəxana xərclərini ödəyəcək.

Qeyd edək ki, Korder "Ofisiant", "Mavi qan", "Qanun və qayda" kimi filmlərdə rol alıb.

Xəbər lenti