Ancelina Colinin “zombi əkizi” koronavirusa yoluxdu

ŞOU
22:03
17 Aprel 2020
165

Hollivud ulduzu Ancelina Coliyə oxşamaq üçün 50-yə yaxın estetik əməliyyat etdirən iranlı Fatimə Hişvənddə koronavirus aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə İran ərazisində yerləşən Amerika İnsan Hüquqları Mərkəzi məlumat verib.

Sosial media fenomeni sayılan 22 yaşlı Fatimə infeksiyaya həbsxanada yoluxub. Onun vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu bildirilib.

Qeyd edək ki, F.Xişvənd dini müqəddəsləri təhqir etmə, zorakılğın təbliği, qanunsuz əmlak əldə etmək, hicab qaydalarını pozmaq və korrupsiya ittihamları ilə ötən ilin oktyabrında həbs olunub.

Onun İnstaqramdakı hesabının adı Sahar Tabardır. Fatimə “Zombi gəlin”, “Zombi qız” kimi də adlandırılır.

Xəbər lenti