“Rembo” filminin məşhur aktyoru vəfat etdi
00:20
17 Aprel 2020
113Amerikalı məşhur aktyor Brayan Dennehi vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə mərhumun qızı Elizabet “Twitter”dən məlumat verib.
Onun sözlərinə görə, 81 yaşlı sənətçi aprelin 16-na keçən gecə dünyasını dəyişib. Xanım bildirib ki, atası koronavirus səbəbindən ölməyib.
Qeyd edək ki, "Rembo: Birinci qan" filmində şerif Tizl rolu ilə də tanınan Brayan Dennehi "Silverado", "Qətlin İllüziyası" və "Gladiator" kimi ekran əsərlərində rol alıb.
Daha çox