Kristofer Hivyu da koronavirusa qalib gəldi

MƏDƏNİYYƏT
00:10
15 Aprel 2020
70

Bir neçə həftə əvvəl koronavirusa yoluxan “Taxt oyunları” serialının aktyoru Kristofer Hivyu koronavirusa qalib gəlib.

Sabah.az xəbər verir ki, aktyor bu barədə İnstaqramda məlumat yayıb.

Kristofer artıq həyat yoldaşı ilə özünü yaxşı hiss etdiyini bildirib:

"Biz artıq sağalmışıq. Simptomlar artıq müşahidə olunmur. Hər kəsə dəstəyə görə təşəkkür edirik. Diqqətli olun, məsafə saxlayın. Əllərinizi mümkün qədər tez-tez yuyun”.

Qeyd edək ki, Kristofer sözügedən serialda “Tormund” obrazını canlandırıb.

Xəbər lenti