"AzTV-dən dedilər, gözlə, xəbər edəcəyik" - Aslan qadağadan danışdı
Müğənni Aslan Hüseynova dövlət televiziyasında tətbiq olunan qadağa hələ də aradan qaldırılmayıb.
Bu barədə Sabah.az-a açıqlamasında sənətçi özü məlumat verib. AzTV-nin keçmiş sədri Arif Alışanovun vaxtından kanalda çıxışı qadağan olunan müğənni yeni rəhbər Rövşən Məmmədova bu barədə müraciət etdiyini söyləyib:
“Deyiblər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur”.
Qeyd edək ki, A.Hüseynov AzTV-də qadağada olması haqda hələ bir müddət əvvəl açıqlama vermişdi. O, Arif Alışanovla aralarında baş tutmuş söhbətin detallarını açıqlamışdı:
“Bir dəfə Arif Alışanova zəng etdim ki, Arif müəllim, mən bütün dövlət tədbirlərində iştirak edirəm, lakin AzTV-dəki çıxışımı kəsib efirə vermirlər. O da mənə dedi ki, müğənni, sən kimsən ki, sənin dövlətin kanalı ilə problemin olsun? Dedi ki, “xodunu” al. Dedim, Arif sən deputat olmamışdan qabaq belə danışmırdın, mehriban danışırdın”.
Daha çox