Türkiyənin məşhur aktyoru dünyasını dəyişdi

MƏDƏNİYYƏT
19:10
8 Aprel 2020
96

Türkiyənin məşhur aktyoru Cevdet Balıkçı vəfat edib.

Sabah.az “CNN Türk”ə istinadən xəbər verir ki, uzun müddət xəstəxanada müalicə alan 79 yaşlı sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cevdet Balıkçı “Yeşilçam”ın bir çox məşhur filmlərində rol alıb. O, Kemal Sunal, Cüneyt Arkın kimi türkiyəli əfsanəvi aktyorlarla eyni ekran əsərlərində rol alıb.

Xəbər lenti