Niftulla Əsgərov vəfat etdi

MƏDƏNİYYƏT
10:58
22 Yanvar 2024
163

Əməkdar artist Niftulla Əsgərov vəfat edib.

Sabah.az xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.

2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.

Xəbər lenti