Miri Yusifin həyat yoldaşı Xalq artistinin ögey qızı imiş

ŞOU
14:00
9 Fevral 2020
1033

Xalq artisti Fidan Qasımovanın dünən toyu olan oğlu Fəridlə Miri Yusifin həyat yoldaşı Nərgiz bacı-qardaş imiş.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, Nərgiz F.Qasımovanın ögey qızıdır. Yəni Fəridlə Nərgizin atası bir, anası ayrıdır. Dünən Fəridin toyunda da Nigar övladları ilə birlikdə onun yanında olub.

Fəridin gəlinaparma mərasimində Bilqeyisin belinə qırmızı lenti də Nərgizin böyük oğlu Mir Hüseyn bağlayıb.

Qeyd edək ki, Fərid Əməkdar artist Nahidə Orucovanın qızı ilə ailə qurub.

Xəbər lenti