Məşhur repçi həbsxanadan azad edildi - Koronavirusa görə
Amerikalı repçi “Tekashi 6ix9ine” koronavirusa yoluxma təhlükəsi səbəbilə vaxtından əvvəl həbsxanadan azad edilib.
Sabah.az xəbər verir ki, bu barədə TMZ məlumat verib.
Bildirilib ki, 23 yaşlı Deniel Hernandes (Tekashi) infeksiyaya yoluxmasından qorxduğu üçün məhkəməyə müraciət edib.
Hakim onun artıq cəmiyyətə təhlükəli olmadığını hesab edərək sərbəst buraxıb.
Deniel qalan cəza müddətini ev dustağı kimi həyata keçirməlidir. Ona yalnız təcili tibbi yardım və ya vəkillə görüşmək lazım olduğu halda evi tərk etməyə icazə verilir.
Xatırladaq ki, repçi 2019-cu ilin dekabrında quldur dəstəsi tərəfindən törədilmiş cinayət əməllərinə görə günahlandırılıb. 47 ilədək həbs cəzası alacağı gözlənilən musiqiçi 2 il müddətinə azadlıqdan məhrum olunub.
Daha çox