Natəvan Babayeva dəfn olundu - Fotolar

MƏDƏNİYYƏT
10:48
21 İyul 2023
375

Tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra iyulun 20-si vəfat edib.

Sabah.az “Unikal”a istinadən xəbər verir ki, Natəvan Babayeva Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.