Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib
Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.
Sabah.az "REN TV"yə istinadən xəbər verir ki, 76 yaşlı sənətçi hazırda kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir.
Həkimlər müayinədən sonra əməliyyat və ya konservativ müalicə barədə qərar verəcəklər.
Xatırladaq ki, 1943-cü il iyulun 6-da anadan olan Tamara Sinyavskaya SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, musiqi sənətinin Əməkdar xadimidir. O, Rusiyanın "Şərəf" ordeni və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif olunub.
Daha çox