“Eurovision” iştirakçılarının onlayn konsertləri keçiriləcək

MƏDƏNİYYƏT
01:22
1 Aprel 2020
72

“Eurovision 2020” mahnı müsabiqəsi koronavirus pandemiyasına görə təxirə salındıqdan sonra şounun təşkilatçıları onlayn şəkildə konsertlər təşkil etməyə qərar veriblər.

Sabah.az xəbər verir ki, bu barədə müsabiqənin “Twitter” səhifəsindən məlumat verilib.

Müxtəlif ölkələrin nümayəndələri hər cümə günü yarışmanın “Youtube” kanalında konsertlər verəcəklər. Müsabiqənin pərəstişkarları çıxış edən ifaçılara sesvermə imkanına da sahib olacaqlar.

Xatırladaq ki, “Eurovision” mahnı müsabiqəsi 12-16 may tarixlərində Rotterdamda (Niderland) keçiriləcəkdi, lakin koronavirusa görə bir müddən əvvəl təxirə salınıb.

Xəbər lenti